Avropa qaraçılarının milyonluq toyu və helikopterli-karetalı yası ŞOK VİDEOLAR

Avropada yaşayan qaraçıların, xüsusilə romanlar adlandırılan qaraçı tayfalarının dəbdəbəli və bahalı ölçüdə seçilən həyatları gözlər qamaşdırır. SİA-nın məlumatına görə, bu günlərdə Slovakiyada qaraçı tayfasının keçirdiyi toy youtube kanalında qısa zamanda rekord göstəriciyə səbəb olub. Bəy və gəlinin toyları ərəfəsində və toy günü çəkdirdikləri kilpdən də aydın görünür ki, bu gün dünyada baş verən qlobal iqtisadi böhranın onlara heç bir aidiyyatı yoxdur. Varlarını demək olar ki, havaya sovuran avropalı qaraçılar heç də simic olmadıqlarını nümayiş etdirirlər. Xüsusilə bəyin pulları canfəşanlıqla xərcləməsi diqqətdən yayınmır.

Eləcə də Avropanın bir çox cinayətkar-mafioz qollarına daxil olan roman qaraçıları hətta öldükdən sonra belə, pullarını havaya sovurmaqla məşğuldurlar. Təqdim edilən ikinci videodan da anlaşılır ki, dəfn olunan İtaliyanın mafioz xaç atalarından biri olan qaraçıdır və onun dəfn mərasimi Romada həyata keçirilir. Ölmüş qaraçının tabutunu başlarına qara lələklər bağlanmış qara ingilis atları daşıyır və cənazə əllər üzərində kilsəyə aparılır. Tabut kilsədən çıxarılandan sonra məşhur "Xaç atası" filminin musiqisi orkestri tərəfindən səsləndirilir.

Dəfn mərasiminin kulminasiya nöqtəsi isə baha qiymətə icarəyə götürülmüş bir helikopterdən havadan qırmızı qızılgül ləçəklərinin mərasim iştirakçılarının üzərinə səpələnməsidir.

Rövşən Nurəddinoğlu

Videolara bu linklərdən baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=7piPBqpyvRc

https://www.youtube.com/watch?v=42lS90-2jF0

Bütün xəbərlər Facebook səhifəmizdə