Deputatımız QDİƏT PM-də çıxış edəcək

Deputatımız QDİƏT PM-də çıxış edəcək

Cari ilin noyabr ayının 29-da Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcək. Deputatımız çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaqdır. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcək.

Səfər dekabrın 1-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə