Ermənistanda donuz müharibəsi SAVAŞ BAŞLAYIR

Ermənistanda donuz müharibəsi SAVAŞ BAŞLAYIR

"Ermənistanda donuzçuluq ilə məşğul olan orta və kiçik sahibkarlar bizneslərinin təhlükə altında qalmasından ehtiyat edirlər. Onlar əmindirlər ki, gələn ilin yazından etibarən bu sahə də bir neçə oliqarxların əllərinə keçərək inhisarlaşdırılacaq". SİA xəbər verir ki, bu barədə ölkənin "Aykakan Jamanak" qəzeti yazır.

Erməni nəşri yazdığına görə, problem ondadır ki, bir neçə ay öncə parlamentin iqtidarı təmsil edən deputatı Samvel Aleksanyan donuzçuluq fermalarının sayını artırmağa başlayıb. Bu baxımdan,donuz ətinin satışında fermerlər gözlədikləri gəlirləri əldə edə bilməyəcəklərindən qorxurlar. Femerlər oliqarxların qiyməti aşağı salıb yalnız öz ət məhsullarını realizə edərək, onların donuzçuluq təsərrüfatlarına zərər vuracağını bildirirlər.

"Aykakan Jamanak" qəzeti yazır ki, sadə fermerlər ümidlərini yalnız yeni ilə bağlayıblar. "Belə ki, məhz bayram ərəfəsində onlar əllərində olan ət məhsullarını sataraq, problemdən qurtula bilərlər"-deyə qeyd edən erməni nəşri əlavə edir ki, oliqarxlar donuzluğu monopoliyalarına keçirdikdən sonra qiymətləri aşağı salıb bu sahəni ən gəlirli biznes kimi əllərində saxlayacaqlar.

Sahibkarlar onu da iddia edirlər ki, belə olarsa, onlar öz bizneslərinin müdafiəəsi üçün ən sərt tədbirlərə belə əl atmaqdan çəkinməyəcəklər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə