"Qazprom Ermənistan" şirkətinin əməkdaşları hakim Respublika Partiyasına üzv olmağa məcbur edilir. SİA-nın məlumatına görə, bu barədə "Aykakan jamanak" qəzeti yazıb.
"Qazprom Ermənista"nın əməkdaşlarının qəzetə verdiyi məlumata görə, şirkətin rəhbəri işçilərdən Respublika Partiyasına üzv olmağı tələb edib və onlara iki şəkil gətirmələrini tapşırıb. Son günlər bu şirkətdən hakim partiya sıralarına qoşulanların sayı artıb və onlar bunu könüllü şəkildə etmədiklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB