Rusiyalı səfir Qərb ölkələrini “yıxıb-sürüdü” TERRORA DƏSTƏYƏ GÖRƏ...
Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko bəyan edib ki, ABŞ, Böyük Brtitaniya və Fransa "Əhrar Əş-Şam" və "Ceyş Əl-İslam" silahlı qruplaşmalarının adlarını terror təşkilatları siyahısına daxil etmək tələblərini rədd eləməkləri ilə əslində, terrorçuluğa qarşı mübarizədə qeyri-səmimi olduqlarını təsdiq ediblər. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Səfir təəssüflə qeyd bildirib ki, ABŞ, Böyük Brtitaniya və Fransa Rusiyanın "Əhrar Əş-Şam" və "Ceyş Əl-İslam" silahlı dəstələrinin terror təşkilatları siyahısına əlavə edilməsi ilə bağlı etdiyi ikinci təklifi də rədd ediblər: "BMT Təhlükəsizlik Şurasında partnyorlarımız hesab edilən bu ölkələrin eoqistik və motivizə olunmuş yanaşmaları beynəlxalq ictimaiyyətin terrorçuluqla mübarizə səylərinə qarşı çıxış etdiklərini açıq şəkildə ortaya qoyur. Vaşinqtonun, Londonun və Parisin terrorçuluğa qarşı bəyanatları da artıq qeyri-səmimi təsir bağışlamaqdadır"-deyə Yakovenko hiddətli şəkildə bəyanatında vurğulayıb.
Rusiyalı diplomatın fikrincə, Rusiyanın məlum təşəbbüsünün ikinci dəfə blok olunması hər kəsə kifayət qədər bəlli olan və insanlığa qarşı amansız cinayətlər törədən terror təşkilatlarının bu ölkələr tərəfindən müdafiə olunması anlamını daşıyır.
Xatırladaq ki, bir müddət öncə də Rusiya tərəfi BMT-nin Təhlükəsizlik Şurasında bu təşkilatların beynəlxalq terror şəbəkəsi siyahısına əlavə olunması tələbini irəli sürmüşdü. Lakin Rusiyanın həmin təşəbbüsü rəsmi Vaşinqton, London və Paris tərəfindən qəbul edilməmişdi.
Qeyd edək ki, "Əhrar Əş-Şam" və "Ceyş Əl-İslam" qruplaşmaları xüsusilə Suriyada qəddarlıqları ilə yadda qalan edamlar həyata keçirir və vəhşiliklərinə görə terrorçuların əsas qanadı hesab edilən "İslam Dövləti" (keçmiş adı "İŞİD") terror təşkilatından heç də geri qalmırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB