AP Türkiyə ilə danışıqların dayandırılmasına dair qətnamə qəbul edib
Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Türkiyənin quruma üzvlüyü ilə bağlı danışıqların dayandırılmasına dair qətnamə qəbul edilib.SİA RİA Novostiyə istinadən xəbər verir ki, qətnamədə danışıqların dayandırılmasına dair AP tərəfindən Avropa İttifaqına çağırış edilib.
Xatırladaq ki, bu yaxınlarda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogereni AP sessiyası çərçivəsində keçirilən debat zamanı bildirib ki, Türkiyənin ölüm hökmünü bərpa edərsə, bu, ölkənin Avropa ailəsinə, Avropa Şurası və Avropa İttifaqına üzv olmaq istəməməsinə dair bir siqnal olacaq.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bəyan etmişdi ki, belə bir qətnamənin qəbulu Ankara üçün heç bir əhəmiyyət daşımır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB