Rusiyada xüsusi qatarlarda istifadə edilməsi planlaşdırılan qitələrarası "Yars" raketi - "Barzuqin" nüvə başlıqlı kompleksi uğurla sınaqdan keçirilib. SİA xəbər verir ki, bu barədə Rusiyanın müvafiq silahlı qüvvələrinin komandanının köməkçisi, general-polkovnik Viktor Yesin deyib.
Onun sözlərinə görə, dəmir yolu nüvə kompleksi Arxangelsk ətrafında yerləşən kosmodromda uğurla sınaqdan keçirilib. Yoxlamalardan sonra bəlli olub ki, "Yars" qitələrarası raketi ən müasir nüvə qatarında istifadə üçün quraşdırılıb və döyüş şəraitində müvəqqəti mobil dəmiryolu platformasında işlənməsi nəzərdə tutulub.
Nüvə raketinin 2017-ci ildən silahlı qüvvələrin arsenalına daxil olunacağı qeyd olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB