“60-80 İŞİD-çi Avropada terrora hazırlaşır” Niderland kəşfiyyatı

“60-80 İŞİD-çi Avropada terrora hazırlaşır” Niderland kəşfiyyatı

Niderland kəşfiyyat idarəsinin terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik üzrə koordinatoru Dik Sxoof 60-80 nəfərə qədər İŞİD silahlısının hazırda Avropada hücum xarakterli terror planı hazırladığını bildirib. SİA-nın məlumatına görə, Associated Press agentliyinə verdiyi müsahibəsində bu haqda danışan kəşfiyyatçının sözlərinə görə, son günlər İŞİD "verbovçik"ləri potensial terrorçulara Suriyaya və İraqa getməmələri barədə çağırış edərək, onların Avropada qalmalarının vacibliyi barədə təbliğatlar aparırlar.

"Məqsəd, Avropada hücum xarakterli terror aksiyalarına başlamaqdır", - deyən Sxoff bildirib ki, məhz bu səbəbdən, son vaxtlar İŞİD tərkibində döyüşən Avropa mənşəli terrorçuların sayı azalıb.

Koordinatorun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Suriya və İraqdakı terrorçulara 4-5 min adam qoşulub.

Xatırladaq ki, Almaniya mətbuatı bir neçə gün öncə İŞİD terror təşkilatında Avropaya qaçqın kimi daxil olmaq istiqamətində xüsusi ayrılmış adamlar tərəfindən təlimlərə başlanılması barədə informasiyalar vermişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə