“Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gələcək” Millət vəkili
"Medianı əbəs yerə dördüncü hakimiyyət adlandırmırlar, onların üzərinə çox vacib missiya düşür". SİA-nın məlumatına görə, bu barədə Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvü Dmitri Savelev Azərbaycanda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi barədə danışarkən deyib. O əlavə edib ki, Azərbaycan əsrlər boyu çoxmillətli, multikultural, tolerant dəyərləri ilə tanınıb: "Eyni zamanda Azərbaycan dünya miqyaslı beynəlxalq tədbirlərin çox yüksək səviyyədə təşkilatçısı kimi də tanınır. Məsələn, "Eurovision", ilk Avropa Oyunları, "Formula 1" Avropa Qran-prisi, Dünya Şahmat Olimpiadasını xatırlamaq yerinə düşür. İnfrastruktur baxımından ölkə tədbirlərin keçirilməsi üçün müasir bir məkandır, Şərq qonaqpərvərliyi isə Azərbaycanı daha da cəlbedici edir".
Rusiyalı millət vəkili Prezident İlham Əliyevin Konqresdəki çıxışının çox əhəmiyyətli olduğunu deyib: "Mən Azərbaycan Prezidenti ilə tamamilə razıyam, mətbuat azad olmalı və obyektiv informasiya verməlidir. Çünki informasiyanın düzgün verilməməsi problemlər yarada bilir. İlham Əliyevin çox düzgün qeyd etdiyi kimi KİV-in təsiri artdıqca, məsuliyyəti də atrır. Amma təəssüf ki, buna həmişə əməl etmirlər.
Həmçinin, İlham Əliyevin WikiLeaks saytının yaradıcısı Culian Assanj barədə söylədiyi fikirlər onun söz azadlığına sadiqliyinin növbəti dəfə nümayişidir". Savelyev 2016-2019-ci illərdə Dünya Xəbər Agentliklərinin Konqresində Azərbaycanın sədrliyinə də toxunub: "Əminliklə demək olar ki, Azərbaycan bu vəzifəsinin öhdəsindən layiqincə gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB