Direktor müavini: “Prezident cavabı ilə KİV rəhbərlərini razı saldı” AÇIQLAMA

Direktor müavini: “Prezident cavabı ilə KİV rəhbərlərini razı saldı” AÇIQLAMA

"Düşünürəm ki, cənab Prezidenti İlham Əliyevin məhz dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri ilə görüşündə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskiyə cavabının özü çox müsbət və təqdirəlayiq bir haldır". Bunu SİA-ya Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan reallığının, ölkəmizin KİV-lərində baş verən bütün proseslərin aydınlığı ilə birinci şəxs tərəfindən dünyanın aparıcı KİV rəhbələrinin təmsilçilərinə çatdırılması onlar üçün bəzi vaxt gözlənilməz olsa da çox müsbət reaksiya oldu: "Azərbaycan Prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşdə həm iqtisadi, siyasi, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu. Ölkə rəhbərinin Culian Asanjla bağlı gətirdiyi missal isə bu görüşün ən pik nöqtəsi idi. Hesab edirəm ki, bütün bu kimi kontekslərdə Azərbaycan Prezidenti çoxşaxəli, konrekt şəkildə Associated Press agentliyinin və digər aparıcı KİV rəhbərləri təmsilçilərini öz cavabı ilə razı saldı. Düşünürəm ki, bu istiqamətdə də addımların atılması məqsədə müvafiq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə