Ştaynmayerin prezidentliyə namizdəliyi rəsmən irəli sürülüb

Ştaynmayerin prezidentliyə namizdəliyi rəsmən irəli sürülüb

Almaniya kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Merkel Ştaynmayerin prezidentlik vəzifəsinə ən doğru namizəd olduğunu vurğulayıb: "Mən çox şadam ki, üç partiya sədri vahid namizəd irəli sürə bilmişik. O, insanların böyük əksəriyyətinin dəstəyini ala biləcək ən doğru namizəddir. Çünki insanlar hiss edirlər ki, ona etimad göstərə bilərlər".

Qeyd edək ki, hazırkı prezident Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə