Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyəyə işgüzar səfərə gedib. SİA-nın məlumatına görə, Ştaynmayerin bu gün türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüş keçirəcəyi gözlənilir.
Səfər çərçivəsində baş tutacaq danışıqlarda Türkiyə-Almaniya ikitərəfli əlaqələri, terrorla mübarizə sahəsində əməkdaşlıq və Türkiyənin Avropa İttifaqına üzvlük prosesi müzakirə ediləcək.
Görüşlər zamanı, həmçinin aktual regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB