Deputat: “Amerika ilə münasibətlərimiz daha da inkişaf edəcək" AÇIQLAMA
"Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi Azərbaycan - Amerika münasibətlərinə müsbət təsir edəcək. Biz öz siyasətimizlə düzgün inkişaf edən beynəlxalq əlaqələrimizin bünövrəsini qoymuşuq. Bu baxımdan Amerika ilə münasibətlərimiz daha da inkişaf edəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O qeyd edib ki, Donald Trampın yeni prezident seçilməsi Rusiya - ABŞ münasibətlərinin inkişafına da yaxşı təsir göstərəcək: "Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll olunmamasının kökündə ABŞ-la Rusiya arasındakı ziddiyətlər dayanır. Donald Tramp seçki öncəsi bildirib ki, düşmən gözü ilə baxdıqları ölkələrə baxışları dəyişəcək. Əgər bu, reallıq olsa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına ABŞ-ın yeni prezidenti öz töhfəsini verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB