Dünya mətbuatı Trampdan nə yazır? HƏM “YAXŞIDIR”, HƏM DƏ “PİS”+ FAKTLAR
ABŞ-ın Respublikaçılar partiyasından ölkəsinin sayca 45-ci prezidenti seçilmiş Donald Trampın sürpriz triumfu barədə dünyanın bir çox media qurumları müxtəlif səpgili yazılar dərc edir. SİA olaraq, həmin yazıların bir qismini oxucuların nəzərinə çatdırırıq:
Globe and Mail, KANADA
"Sosial sorğular nəticəsində Hillari Klintondan geri qalması, yaxud Respublikaçılar partiyası tarixində arzulanmayan şəxs qismində prezident postuna namizəd kimi irəli sürülməsinə baxmayaraq, Nyu-Yorkdan olan biznesmen Donald Tramp ABŞ-ın prezidenti seçildi...
İndi onların qarşısında öz siyasətlərini yönlətmək üçün yolları açıqdır. Belə ki, respublikaçılar eyni zamanda Senata və Konqresin Nümayəndələr Palatasına nəzarət edəcəklər..."
O Globo nəşri, BRAZİLİYA
Trampın aldığı səslərdən sonra sözün həqiqi mənasında milyonlarla amerikalı ailələrin nə düşündüklərini qeyd etmək olar: hətta dünyanın ən böyük iqtisadi gücünə malik ölkədə daha əvvəlki artım görünmür. Mövcud iqtisadi inkişaf işçilərin gələcəklərinin təminatını sual altındsa qoyub. Və bu Obamanın, ya da Çinin, yaxud da ki, Meksikanın günahı deyil, deyə Tramp bildirib. İş bazarı radikal şəkildə dəyişib, bir çox sənaye emalı sahələri digər mərkəzi istahsal sahələri müqabilində eniş həddindədir. Ali savadları olmayan bir çox işçilər vaxtilə valideynlərinin əldə etdikləri statuslara yiyələnə bilmirlər...Seçkilər hər zaman ölkəni narahat edən porblemlərin təqdim olunması üçün imkanlar yaradır.
Financial Times, BÖYÜK BRİTANİYA
Siyasi autsayderin qələbəsi respublikaçıların Senat və Konqresin Nümayəndlələr Palatası uğrunda inamlı zəfərlərini təmin etdi. Bu, amerikalıların Barak Obama siyasətini inkar eidlməsi kimi anlaşılır...Bir çox sosial sorğu mərkəzlərinin və investorlarının proqnozlarını məhv edən bu nəticə maliyyə bazarında kəskin silkənmə yaratdı.
The Guardian
Respublikaçılar partiyasından olan namizəd ABŞ-ın müasir tarixində ən parlaq qələbəsini qazandı, baxmayaraq ki, onun ətrafında cərəyan edən qalmaqallar. Siyasi təcrübə çatışmazlığı, ekstremal siyasi təkliflər başqa namzədləri dərhal məhv edərdi.
The Times
Suriya məsələsi gündəmdə təxirəsalınmaz məsələyə çevriləcək. ABŞ Rusiya ilə Suriyanın Şimalında uçuş məhdudiyyəti ilə bağlı komfrontasiya riskinə gedəcəkmi? Belə ki, Rusiya və Suriya hökuməti havada məkanına nəzarət edirlər, ona görə də gələcəkdə münaqişənin həlli istiqamətində sülh razılaşması da imzalana bilər. Rusiyanı duelə çağırmağa dəyərmi? Vladimir Putin tərəfindən yeni administrasiyaya zeytun budağı (sülh rəmzi-red.) uzadıla bilər ki, nəticədə Suriyada atəşkəsə nail olunacaq. Həm Rusiya, həm də ABŞ "İslam Dövləti"nin Rəqqadakı silahlılarına (keçmiş adı "İŞİD"-red.) qarşı qüvvələrini birləşdirəcəklər.
The Daily Mail
Trampın dediyi kimi, onun qələbəsi Böyük Brtitaniyanın Avropa Briliyindən çıxması ilə nəticələnən tarixi səsverməsinin versiyası kimi qiymətləndirilə bilər. Bu seçki Amerika tarixində çox səsli-küylü seçkilər kimi yadda qalacaq.
Spiegel, ALMANİYA
Bu bir kinodur? Bu realiti-şoudur? Bu yuxudur? Bəli, Donald Tramp məhz bu cür hisslər keçirir. O, dünyanın ən qüdrətli ölkəsinin seçilmiş prezidentidir. "Tramp siyasi autsayderdir"-deyə Barak Obama onu məsxərəyə qoymuşdu, ekspertlər isə Tramp barədə düzgün qiymət verə bilmədilər. O, hər kəsə hər şeyi sübuta yetirdi – onu siyahıdan çıxarmış hiyləgər qəzetçilərə, onunla işləmək istəyində olmayan respublikaçılara...
Tramp sübut edti ki, onda təəccübdoğuracaq dərəcədə məharət var. Bir çox rəqiblərindən fərqli olaraq o anlayıb ki, ölkəsinin müxtəlif bölgələrində ciddi daxili münaqişələr mövcuddur. Trampın yovuşmaz populistliyi bu cür səslənir: "Mən Vaşinqtonda oturan adamlardan deyiləm. Bu sistemi yalnız mən nizama sala bilərəm. Mənə inanın".
Sueddeutsche Zeitung
O, heç bir analitikin proqnozlaşdırmağa cürət etmədiyi sensassiyalı qələbəsini qazandı. Bu, hər kəs üçün sürpriz oldu. Əgr o həqiqətən də öz adamalarının deyil, ABŞ-ın prezidenti olmaq istəyirsə, gərək özü tərəfindən vurulmuş yaraları müalicə etsin.
Frankfurter Allgemeine Zeitung
Hillar klinton Barak Obamanın uğurunu təkraralaya bilmədi. O, deyilənə görə, korrupsiyalaşmış sistemin simvoluna çevrilib...Bir şey aydındır: qərb dünya quruluşunun köhnə fundamenti Brexit-in ardınca daha bir zərbəyə məruz qaldı.
Bild
Bu, necə baş verə bilərdi? Tramp bir gecənin içində "qara atlı oğlandan" dünyanın ən qüdrətli insanına çevrildi. O, bir çoxlarının uzun illərdir ki, mümkünsüz hesab etdikləri məsələni mümkün etdi.
Le Parisien, FRANSA
Marin Le Pen Fransada Trampın uğurunu təkrarlamaq istəyir. O, Fransanın ilk siyasilərindəndir ki, Trampı qələbəsi münasibəti ilə təbrik etdi, hətta nəticələrin rəsmi şəkildə elan olunmasına bir saat qalmışdan. Li Penin ətrafı Birləşmiş Ştatlardan pozitiv siqnalları nəzərdən keçirirlər: Trampın seçilməsi Milli cəbhənin Fransanın siyasi sisteminə qarşı mübarizəsi ritorikasına cavab verir.
Liberation
Bütün namizədlərin seçkiöncəsi kampaniyalarına 7 milyard dollara yaxın pul xərclənib. Bu, sözsüzk ki, rekorddur. Onsuz da 2012-ci il kampaniyası artıq həddini aşmışdı. Həmin vaxt seçki kampaniyalarına indikindən 86,5 milyin dollar az xərc çəkilmişdi.
Ancaq bütün bunlara baxmayaraq, bunu gözləməyə dəyərdi. 2010-cu ildə ABŞ-ın ali məhkəməsi bir sıra siyasilərin əl-qolunu açan qərar qəbul etmişdi ki, nəticədə onlar nəhəng şirkətləri, lobbiçi qruplarını donor qismində dəstəkçi kimi cəlb etməyə başladılar.
Tramp KİV-lərin yüksək diqqəti sayəsində qalmaqal və təxribatlara "uzağı" 300 milyon xərclədi. Demokratların namizədi isə bu istiqamətdə 686 milyon xərc çəkdi. Bu isə bir ox seçicilərdə diqqətçəkici dərəcədə hiddət doğurdu. Həqiqətən də Klinton öz vaxtını seçicilərlə görüşündən daha çox maliyyə sponsorlarının axtarışına sərf edirdi.
Corriere della sera, İTALİYA
İki Amerika arasında seçim. Biri qapalı, pərişan və darmadağın olunmuş, hansı ki, onu respublikaçı Donald Tramp tərənnüm edir. Digəri isə kifayət qədər açıq, inamlı təsir bağışlayan idi ki, onu da demokrat Hillari Klinton təmsil edir.
Demək olar, dünyada və eləcə də ABŞ-da hər kəs ehtimal edirdi ki, demokratlardan olan namizəd daha bacarıqlı və daha peşəkardır. O, respublikaçı rəqibini rahat şəkildə udacaq. Ancaq bu, baş vermədi.
La Repubblica
Şok gecəsi – Tramp bütün sorğuların və proqnozların üzərindən çalın-çarpaz xətt çəkdi. Bu seçiki kampaniyası həm ənənəvi KİV-lərə, həm sosial şəbəkələrə "qurşaqdan aşağı zərbə" oldu. O cümlədən, FTB və s. dövlət qurumları institutları da Amerika haqqındakı hüquq və demokratiya mifini darmadağın etdi.
Helsingin sanomat, FİNLYANDİYA
Səslərin sayılması zamanı Trampın ətrafında deyirdilər ki, onun qələbəsi möcüzə ola bilər...Və möcüzə də baş verdi. Trampın kampaniyası dövrü bir amilə söykənirdi: onun intuisiyasına. O, statistikaya, ekspertlərə və hətta partiyasına etibar etmirdi. O, bir şeyə inanırdı ki, sadə amerikalıları digərləri siyasətçilərdən fərqli olaraq anlayır və haqlı da çıxdı...
Aftenposten, NORVEÇ
Trampın prezident seçilməsi potensial şəkildə təhlükəsizlik sferasında dramatik dəyişikliklərə gəririb-çıxara bilər. Bu, həm də NATO-nun sonunun başlanğıcı kimi də qiymətləndirilə bilər.
Rzeczpospolita, POLŞA
Amerika demokratiyası dünyanın ən qocaman demokratiyasıdır və bu demokratiya ilk dəfə siyasətdən, ordudan xəbərsiz bir xadimə etibar olundu ki, o da mövcud isteblişmenti yenidən ayaqdan başa doğru dəyişəcəyinə, köhnə müttəfiqləri ilə əlaqələrini kəsəcəyinə, dünyada demokratiyanın və insan haqları kimi dəyərlərin irəliləməsinə səbəb olan faktorlardan imtina edəcəyinə söz verib. Hansı ki, bütün bunlar uzun illər sayəsində onun seçiciləri olmuş adi amerikalıların eskplutasiyası üzərində maliyyə imperiyası üzərində qurulmuşdu. Bu cür radikal seçimi yalnız bu cür izah etmək mümkündür ki, ABŞ-da hər şey son həddə çatıb. Söhbət cəmiyyəti birləşdirən ümumu tarixdən, yaranışdan getmir, söhbət Amerikan xəyalından, hər kəsin ayağa qalxaraq, valideynlərindən də yaxşı olmaq iddiasının reallığından gedir. Artıq bu xəyal çoxdan həqiqət olmaq imkanını itirib...
Gazeta Wyborcza
Tramp ABŞ-ın prezidenti kimi dünyaya apokalipsis gətirməli deyil. Ancaq, təəssüf ki, onun seçilməsi bizim tanıdığımız dünya üçün radikal dəyişikliklər vəd edir və bu, yaxşı tərəfə deyil. Bu, qərb sivilizasiyasının təməlindən qopardılmış növbəti daş parçasıdır.
Daily Sabah, TÜRKİYƏ
Yeni prezident sakit okeandakı diqqəti fokusunu Şərqi Avropa, Yaxın Şərq və Qafqaza doğru dəyişəcək. Necə ki, hazırda ABŞ belə bir məqamda Türkiyə və Çin kimi ölkələrin yeni dünya quruluşu sistemindəki iştirakının qarşısını almağa çalışır.
Haaretz, İSRAİL
Tramp bütün dünyanı şoka saldı. Siyasətdə yeni olan daha ciddi və daha səriştəli rəqibini – Demokratlar partiyasından namizədliyi irəli sürülmüş Hillari Klintonu kəskin mübarizə şəraitində məğlub etdi.
Özünü biznesmendən televiziya realiti-şoularının ulduz maqnatına, ardınca isə populiust siyasətçiyə çevrilən Trampın qələbəsi Amerikanın seçki tarixində görünməyən tarixi yazdı.
Business Day, CAR
Tramp Afrikaya bu qarşı qitədə yerləşən ölkələrin korrupsiyaya bulaşması üzündən neqativ davranışları ilə seçilir. Barak Obama Saxaranın cənubuna 7 milyard dollar yatıracağını bəyan etdikdən sonra Tramp dedi ki, bu pullar oğurlanacaq. Çünki orada (Afrikada) korrupsiyanın sərhədi yoxdur.
Hindustan Times, HİNDİSTAN
Çox yəqin ki, biz fantaziyalara qapılaraq deyəcəyik ki, o (Tramp) Hindistan üçün yaxşı olacaq, çünki onun ölçüyəgəlməz islamofobiyası bizim düşmənimiz – Pakistanı ona düşmən edəcək... Lakin mümkündür ki, Tramp Hindistan üçün həm də pis olacaq. Belə ki, o həm də öz ölkəsi üçün də pisdir. Artıq ehtimallar var ki, onun liderliyi öz evində amerikalıların maraqlarına zərər verəcəyi kimi, sərhədlərdən kənarda da zərərlər verəcək.
Nikkei Shimbun, YAPONİYA
Trampın ABŞ prezidenti səlahiyyətlərinə başlaması Sakit okean əməkdaşlığı ətrafında yeni transın yaradılması razılaşmasının üzərindən xətt çəkə bilər. O cümlədən, Trampın iqtisadi siyasət üzərində reallaşdıracağı ideyaları da şübhələr yaradır ki. Bu da ticarət dövriyyəsində ciddi ixtisarlara gətirib-çıxaracaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB