Trampa qarşı aksiyaçılara atəş açıldı YARALANANLAR VAR

Trampa qarşı aksiyaçılara atəş açıldı YARALANANLAR VAR

Vaşinqton ştatının Sietl şəhərində Donald Trampın prezident seçkilərində qələbə qazanmasına qarşı etiraz edənlərə tərəf atəş açılıb. SİA xəbər verir ki, Twitter mikrobloqunda atəşin naməlum şəxs tərəfindən açılldığını yazan yanğınsöndürmə xidmətinin nümayəndələrinin qeyd etdiklərinə görə, 5 nəfərin yaralandığı insident yerinə polislər gəlib. Yaralılara ilkin tibbi yardım göstərilir, onlardan ikisinin vəziyyəti ağırdır.

Sietl polisi isə Twitter vasitəsilə məlumat verrir ki, atəşin Trampın prezident seçilməsinə qarşı etiraz edənlərə qarşı qəsdən açılması xəbəri yanlışdır və bu hadisəylə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, ABŞ-da Trampın prezident seçilməsinə qarşı minlərlə insan etiraz edir.Onlar xüsusilə Kaliforniya, İllinoys, Texas, Vaşinqton, Nyu-York, Oreqaon və Texas ştatlarındandırlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə