"Sarkisyan münaqişənin həllində maraqlı deyil"

Erməni hüquq müdafiəçisi Ermənistan prezidentinin iş üzünü açdı
"Sarkisyan münaqişənin həllində maraqlı deyil"

"Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, ondan bu münaqişənin həll olunmasını xahiş edirəm". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında erməni hüquq müdafiəçisi, "Meridian" qeyri-hökumət təşkilatının sədri Suzanna Caqinyan deyib.

O hesab edir ki, onun bu gün Bakıda olmasına görə prezident Serj Sarkisyan utandığından ölməli idi: "O, prezident deyil, işğalçıdır. Sarkisyan rejimi münaqişənin həllində maraqlı deyil. Ona belə vəziyyət sərf edir. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib, bundan başqa heç nə bəxş etməyib. Ermənistan rəhbərliyi öz xalqına qarşı soyqırım törədir. Həyatım üçün həmişə təhlükə var. Lakin mən tək deyiləm. Sarkisyan rejiminə qarşı çıxan istənilən şəxsin həyatına təhlükə var".

Çıxışının sonunda Suzanna Caqinyan əlavə edib ki, o sabah Xocalı soyqırımı abidəsini ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə