Klinton ABŞ-da açılmış ilk seçki məntəqəsində qalib gəldi 7 NƏFƏR ÜÇÜN MƏNTƏQƏ

Klinton ABŞ-da açılmış ilk seçki məntəqəsində qalib gəldi 7 NƏFƏR ÜÇÜN MƏNTƏQƏ

ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton Nyu-Po ştatının Diksvill Notç şəhərciyində verilmiş səslərə görə qalib elan olunub. Bu şəhərcik 1960-cı ildə yaradılıb və oranın sakinləri yerli vaxtla gecə yarısı səs vermək hüququna malikdirlər. Daha dəqiq desək, ölkənin digər seçki məntəqələrinin açılmasına saatlar qala, artıq bu şəhərcikdə səsvermələr yekunlaşır.

"Biz 1960-cı ildən bu yana ABŞ-da keçirilən seçkilərdə ilk səsverənlər oluruq"-deyə yerli "Blsams" kurort mehmanxanasının rəsmi nümayəndəsi Skott Treçmonteyn bildirib.

Məntəqədə 7 nəfər qeydiyyata alınıb, lakin səsvermələrə dəqiqələr qalmış daha bir nəfər seçicilərin sırasına qoşulub. Onlardan dörd nəfəri demokrat Klintona, iki nəfəri isə Respublikaçıların namizədi Donald Trampa səs veriblər. Bir nəfər isə Libertarianlar partiyasından prezidentliyə namizəd, Nyu-Meksiko ştatının sabiq qubernatoru Geru Consona səs verib.

Bundan əlavə, daha bir nəfər prezident seçkilərində iştirak etməyən respublikaçı Mitt Romniyə səs verib. Belə ki, Amerika qanunlarına görə, seçicilər hətta prezident seçkisinə qatılmayan siyasətçilərə də səs vermək hüququna malikdirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə