"Başqa ölkələrə getdiyim zaman məni hər zaman bir amil düşündürür. Mən öz dövlətimin, ölkəmin qədrini bilməliyəm". SİA xəbər verir ki, bu fikirləri İçərişəhər Cümə məscidi icmasının rəhbəri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli cümə günü etdiyi xütbəsində bildirib. Onun sözlərinə o, müsəlman ölkələrinə səfər etdiyi zaman bir daha Azərbaycanın inkişafının şahidinə çevrilir: "Bugünlərdə İraqda səfərdə idim. Orada İraq parlamentinin rəhbərliyi ilə görüşüm baş tutdu. Mənim hansı ölkədən olduğumu soruşduqda Azərbaycandan gəldiyimi bildirdim. Mən öz ölkəmin, dövlətimin adını çəkən zaman o dərhal Azərbaycanın inkişaf və tərəqqi etdiyini vurğuladı. Əlbəttə ki, mən öz Vətənini sevən bir vətəndaş kimi bundan çox duyğulandım və fəxr etdim".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB