Təhmasib Novruzov: “Beynəlxalq hüquqi aktların heç birində “siyasi məhbus”... termini keçmir” AÇIQLAMA!

Təhmasib Novruzov: “Beynəlxalq hüquqi aktların heç birində “siyasi məhbus”... termini keçmir” AÇIQLAMA!

"Siyasi məhbus" siyahıları tərtib eləyən şəxslərə-radikal müxalifətə bir sualım var. Onlar elə bir hüquqi sənəd göstərə bilərlərmi ki, orda "siyasi məhbus" ifadəsinin tərifi yazılsın? "Siyasi məhbus" nə deməkdir, kimlərə bu ad verilir? Beynəlxalq hüquqi aktların heç birində bu barədə konkret heç bir fikir yoxdur. İqtidara təsir etmək üçün bu termindən istifadə edirlər. Azərbaycanda siyasətlə məşğul olan bir adam cinayət törədirsə, o həbs edilməməlidirmi? Ümumiyyətlə, siyasətlə məşğul olan bu şəxs müxalifətdədirsə, o istədiyi cinayəti törədib cəzasız qalmalıdırmı?".

Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov bildirib.

Radikal müxalifətin qondarma "siyasi məhbus" siyahıları hazırlamasına münasibət bildirən T.Novruzov qeyd edib ki, saxta siyahılar dərc edən şəxslərin əsas məqsədi Azərbaycan iqtidarına təzyiq etmək istəyirlər: "Bu gün heç kimə sirr deyil ki, Azərbaycanda radikal qüvvələr-Əli Kərimli, İsa Qəmbər kimi adamlar xaricdən aldıqları pullara görə hesabat verməlidirlər. Bunun üçün də saxta "siyasi məhbus" siyahıları tərtib eləyib həmin xarici dairələrə verməlidirlər ki, baxın, biz işləyirik. Onlar da bundan istifadə edib Azərbaycana qarşı təzyiq etməyə çalışırlar. Ancaq bütün bunlar faydasız məsələlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə