Federal Büro: “Ədliyyə nazirliyi istintaq araşdrırmalarına mane olur” SEÇKİ QALMAQALI
ABŞ-ın Federal Araşdırmalar Bürosu (FAB) hesab edir ki, tabeçiliyində olduğu ədliyyə nazirliyi onlara Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonun dövlət katibi işlədiyi dövrlərdə qanun pozuntularına yol verməsi ətrafında istintaq işini yenidən başlamasına əngəllər yaradır. SİA xəbər verir ki, Washington Examiner qəzetinin əməkdaşları FAB təmsilçiləri ilə söhbət apardıqdan sonra belə qənaətə gəliblər. Nəşr yazır ki, məhz ədliyyə nazirliyi bir neçə ildir ki, Klintonun dövlət katibi postunda olduğu dövrlərdə korrupsiya hallarına, eləcə də dövlət maraqlarına zidd olan qanun pozuculuqlarına dair istintaq araşdırmalarının aparılmasına müxtəlif maneələr yaradır.
FAB əməkdaşları qəzetə danışarkən deyiblər ki, məhz bundan sonra onlarla ədliyyə nazirliyi arasında gərginliklər yaşanır. Hətta iş məhkəməyə qədər uzana bilər. Federalçılar xüsusilə Klintonlar fondunun fəaliyyəti üzərində daha çox dayanırlar ki, ədliyyə sistemi onlara bu işdə süni baryerlər yaratmaqla əngələr törədir.
Ötən həftənin cümə günü FAB-nun direktoru Komi ABŞ Konqresinə Klintonun dövlət katibi postu vəzifəsində olarkən, şəxsi elektron poçtu vasitəsilə dövlət yazışmaları aparması ətrafında istintaq araşdırmalarının yenidən aparılması barədə məktub ünvanlayıb.
FBA-nın eyni araşdırmaları bu ilin yayında başa çatdırılmışdı. İyul ayında Federal Büro və bu qurumu idarə edən ədliyyə nazirliyi, o cümlədən, baş prokurorluq birgə bəyanat verərək bildirmişdilər ki, Klintonla bağlı istintaq araşdırmaları aparıb, onun məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyətlərini dayandırmaq qərarına gəliblər.
Bu arada ABŞ prezidenti Barak Obama NowThisNews portalına açıqlamasında FBA-nın deirektoru Ceyms Komini sözügedən məsələ ilə bağlı tənqid edən fikirlər səsləndirib. Lakin bununla yanaşı, prezident FBA-nın öz qərarından geri çəkilməsi ilə bağlı çağırış etməyib və ümumiyyətlə, hüquq-mühafizə orqanlarının işinə qarşımadığını billdirib.
"Hesab edirəm ki, müəyyən olunmuş normalar var"-deyə qeyd edən Obama bildirib ki, daha öncə aparılan araşdırmalardan sonra Klintonla bağlı bəzi məsələlər üzə çıxıb: "...FBA-nın ədliyyə nazirliyinin gəldikləri nəticələr Konqresdə müzakirə olundu və Klintonun bəzi səhvləri etiraf eidldi, ancaq o elə bir ciddi səhvə yol verməyib ki, ona qarşı ittihamlar irəli sürülsün".
Bundan öncə isə Ağ ev FBA-nın istintaq araşşdırmalarının aparılması ilə bağlı fikir bildirməyəcəyi ilə bağlı bəyanat yaymışdı. Bəyanatda deyilmişdi ki, onlar bu məsələdə nə tənqid, nə də müdafiə mövqeyi sərgiləməyəcəklər. Obama müsahibəsində bildirib ki, o, ictimai rəydə bu kimi məsələlərə müdaxilə etməsi görüntüsünün yaranmaması üçün var gücü ilə çalışır. Belə ki, araşşdırma prosesi müstəqil şəkildə aparılmalıdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB