“ABŞ-da səsvermə prosesi siyasiləşdirilir” AÇIQLAMA

“ABŞ-da səsvermə prosesi siyasiləşdirilir” AÇIQLAMA

"ABŞ-ın seçki sistemində qüsurları olduğu halda digər dövlətlərə irad bildirməsi ən böyük məntiqsizlikdir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, seçki kampaniyası ABŞ seçki sisteminin qüsurlarını aşkarladı: "ABŞ-da prezidentliyə namizəd olan Donald Trampın vergilərdən yayınması təkzibolunmaz faktdır. Amma o bunu qanunları pozmadan, onlardan yayınmaqla edib. Belə şəxsin seçki olimpinin ən yuxarına gəlib çıxması yalnız seçki sisteminin qüsurlu olması nəticəsində mümkündür. Trampın qadınlar haqqında dedikləri və sonradan rəqibinin bu fikirləri tirajlaması da seçkilərin cəmiyyət normalarını nəzərə almadan keçirildiyini göstərir".

M. Əhmədoğlu qeyd edib ki, ABŞ-da səsvermə prosesi siyasiləşdirilir: "Rusiya müşahidəçiləri prezident seçkilərini müşahidə etməyə buraxılmadı. Hətta əvvəlki seçkiləri müşahidə edən Rusiyanın ABŞ-dakı səfirliyinin əməkdaşları da seçkini müşahidə etməkdən kənar saxlanıldı. ABŞ Dövlət Departamenti seçkilərin müşahidəsini federal hökumətin səlahiyyətlərində deyil, yerli hökumətin səlahiyyətində olduğunu bildirdi. Belə olan vəziyyətdə ABŞ-ın başqa ölkələrə irad tutması məntiqsizlikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə