“Təmas xəttində gərginliyin azaldılması üçün ardıcıl iş aparılır”

“Təmas xəttində gərginliyin azaldılması üçün ardıcıl iş aparılır”

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təmas xəttində gərginliyin azaldılması üçün ardıcıl iş aparır. SİA "1in.am"a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndə Anjey Kaspirşik Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşündə bildirib. O, yaxın vaxtda bu istiqamətdə tərəqqiyə nail olacaqlarına ümid etdiyini deyib.

Görüşdə V.Sarkisyan təmas xəttindəki vəziyyətlə bağlı qarşı tərəfə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə