Vasif Əfəndi: “Ermənistan burada da öz adından çıxış etmir” AÇIQLAMA

Vasif Əfəndi: “Ermənistan burada da öz adından çıxış etmir” AÇIQLAMA

"Azərbaycan ordusunun aprel əməliyyatları ordumuzun gücünü və işğal altında olan vətən torpağını azad etmək istəyini ortaya qoydu. Müvəffəqiyyətli əməliyyatlar zamanı itirilmiş torpaqlarımızın bir qismi geri qaytarıldı. Əgər xaricdən müdaxilə və təzyiqlər olmasaydı böyük ehtimalla bir neçə günə Ermənistan hərbi birləşmələrini Azərbaycan sərhədlərindən daha çox uzaqlara atmaq mümkün idi. Lakin Rusiyanın təzyiqi və tələbi ilə hərbi əməliyyatları dayandırmağa məcbur olduq. Azərbaycan ordusunun döyüş ruhunun pik nöqtəsində olduğu ərəfədə Rusiya ortalığa girərək münaqişəni onun aracılığı ilə həll edəcəyi öhdəliyini götürsə də indiyə qədər görülən tədbirlər əsasən regionda atəşkəsi qorumağa yönəlib. Bunu SİA-ya politoloq Vasif Əfəndi deyib.

Onun sözlərinə görə, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan Rusiya xarici siyasət rəhbəri Serqey Lavrov Qarabağ probleminin həllinə Türkiyənin qoşulma ehtimalını dilə gətrirsə də burada da səmimi görünmürlər: "Münaqişənin həlli istiqamətində hər hansı bir beynəlxalq razılaşma əldə olunma ərəfəsində Ermənistan tərəfi hər dəfə işğal olunmuş torpaqlarımızda gərginliyi artırmağa yönəlik addmlar atır və atəşkəsi pozmağa cəhd edirlər. Təbii ki, Ermənistan burada da öz adından çıxış etmir, havadarlarına güvənən erməni tərəfi bu riyakar hərəkətləri ilə öz vəziyyətini daha da ağırlaşdırır. Beynəlxalq arenada Qrabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin gündən-günə gücləndiyi zaman erməni tərəfinin və onun havadarlarının bu sayaq davranışları qızışdırıcı tərəfin maraqlarına uyğundur. Ermənistan dövləti isə gələcəkdə Qarabağda qalıb yaşamaq istəyən ermənilər üçün də böyük problemlər yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə