"İslam Dövləti" ("İŞİD") terror qruplaşmasının məhvi Suriyada sabitliyin yaranmasına səbəb olmayacaq, lakin gələcəkdə bu ölkədə normallaşmaya xidmət edəcək". SİA xəbər verir ki, bu barədə CNN telekanalıa ABŞ silahlı qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri, general Cosef Votel Yaxın Şərqdəki vəziyyəti şərh edərkən deyib.
Votelin sözlərinə görə, "İslam Dövləti"nin fiziki məhvi Suriyada stabilliyin yaranmasına səbəb olmasa da, qarşıya qoyulan məqsəd bu qruplaşmanın yer üzündən silinməsidir. Ancaq buna baxmayaraq, general hesab edir ki, "İslam Dövləti" bütövlükdə yox olmayacaq: "Ümid edirəm ki, beş il sonra biz "İslam Dövləti"i qruplaşmasının sələfi ilə döyüşməyəcəyik"-deyə qeyd edən ABŞ hərbçisi əlavə edib ki, qələbədən sonra onların qalıqları qalacaq və həmin tör-töküntülərlə də işimiz olacaq.
Mərkəzi komandanlığın rəhbəri eyni zamanda xəbərdarlıq edib ki, "İslam Dövləti" silahlıları İraqda və Suriyada məğlub olacaqlarını, xeyli sayda itki verdiklərini dərk etdiklərinə görə, indi də kommunikasiyalar və sosial şəbəkələr vasitəsilə yeni tərəfdarlar cəlb etməyə başlayıblar.
"Məni narahat edən odur ki, "xəlifəliyin" məhvindən sonra biz virtual xəlifəliklə də mübarizə aparmalı olacağıq"-deyə qeyd edən Votel etiraf edib ki, "İslam Dövləti" ilə sosial şəbəkələrdə də mübarizə aparmaq lazımdır. Onun sözlərinə görə, "İslam Dövləti" hazırda texniki hazırlığının ən yüksək vəziyyətini nümayiş etdirir, öz ekstremist ideologiyasını təbliğ etməkdən ötrü elektron vasitələrdən məharətlə istifadə edir.
Buna baxmayaraq, məhvinin reallığını anladıqdan sonra "İslam Dövləti" yaraqlılarının Suriyada fəaliyyətdə olan "Cəbhət ən Nüsra" qruplaşmasına sızmaları mümkünlüyü barədə verilən sualı cavablandıran amerikalı general deyib: "Hazırkı məqamda mən bu cür variantın reallaşmasını ehtimal etmirəm".
"Ancaq bununla yanaşı, biz "İslam Dövləti" tör-töküntülərinin özlərinə daha yaxın qruplaşmalarla birləşmələri cəhdlərini araşdırmalıyıq"-deyə Mərkəzi komandanlığın rəhbəri bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB