"Son həftələr OPEC kartelinin üzvləri və bu quruma daxil olmayan ölkələr tərəfindən təmamilə ziddiyyətli fikirlər səslənməyə davam edir. Səsləndirilən fikirlər hələlik qiymət nöqteyi nəzərindən impulsu yuxarı trendə uyğun olaraq istiqamətləndirir. Belə ki, uzun müddət Brent və WTI sortlarının qiymətləri 50 dolların üzərində qərarlaşıblar. Lakin hasilatın dondurulması və həcmlərinin azaldılmasına dair real müqavilələrin imzalanması üçün hələ də çoxlu maneələr mövcuddur. Bunun üçün müəyyən qurbanlar tələb olunacaq". Bunu SİA-ya ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, ötən həftə Səudiyyə Ərəbistanı ilk dəfə olaraq xarici investorlardan borclanaraq 17.5 milyard dollar vəsait cəlb edə bildi: "Ölkə iqtisadiyyatının çətin vəziyyətdə olduğunu göstərən bu amil yaranmış büdcə defisitini aradan qaldırmağa köməklik etməlidir. Beləliklə, Səudiyyə Ərəbistanı cəlb etdiyi vəsaitin hesabına gəlirinin müəyyən hissəsinin itkisini daha rahat keçirə bilər. OPEC üzvü olan həcminə görə ikinci istehsalçı – İraqa gəldikdə isə, o hasilat payına aid olan həcmləri azalmamağı arzulayır. Ümümiyyətlə kimsə öz payının azalması tərəfi deyil. İstehsalçılar bazar paylarını qorumaq üçün bütün cəhdlərdən istifadə edəcəklər. Qlobal neft şirkətləri də turbulent vəziyyətə uyğun qərarlar qəbul edirlər. Conoco Phillips bəzi iri layihələrin maliyyələşdirilməsini məhdudlaşdırmaq qərarına gəlib. Bu isə onun siqnalıdır ki, neftin qiymətinin 60 dollardan yuxarı qalxmasına daha az inanırlar.
Baker Hughes açıqlamalarına görə isə Perm hovuzu adlandırılan ərazilərdə (Şərqi Texasa təsadüf edir) istismarda olan neft buruğlarının sayı ilin əvvəli ilə müqayisədə maksimal göstəricilərdədir. Citi və Goldman Sachs isə xəbərdar edirlər ki, OPEC-in anlaşılan və imzalanan müqaviləsi növbəti görüşdə ortaya çıxmasa qiymətlərin 40 dollardan aşağı düşəcəyi sürpriz olmamalıdır. Birjadakı göstəricilər də neftin xeyrinə deyil. Neft istehsalçılarının və treyderlərinin qısa mövqeləri (satış pozisiyaları) 2007-ci ildən bugünədək maksimal göstəricilərdədir".
O əlavə edib ki, bununla yanaşı, banklar da enerji sektorunda fəaliyyət göstərən şirkətlərinin maliyyələşdirilməsini məhdudlaşdırırlar və maliyyələşdirmə baş verdiyi halda riskləri mütləq hedc etmək (əks mövqe üsulu ilə siğortalama əməliyyatı) praktikasını tətbiq edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB