Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşüb.

SİA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıldı. Nazir Elmar Məmmədyarov həmsöhbətə münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Görüş əsnasında Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə