ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər. SİA-nın məlumatına görə, bəyanatda həmsədrlər Azərbaycan və Ermənistana səfərləri zamanı hər iki ölkənin prezidentləri, xarici işlər nazirləri, Ermənistanın yeni müdafiə naziri, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirdiklərini qeyd ediblər. Görüşlər zamanı tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Vasitəçilər atəşkəs rejiminə əməl etməyin vacib olduğunu vurğulayaraq, danışıqların davam etdirilməsi üçün Vyana və Sankt-Peterburqda ələ edilmiş razılaşmaların həyata keçirilməsinin zəruriliyini bildiriblər.
Bəyanatda, həmçinin prezidentlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsini təsdiq etdiklərini və bu məsələylə bağlı detalların hələ müzakirə olunduğu bildirilib: "Həmsədrlər Hamburqda keçiriləcək Xarici İşlər Nazirləri Şurası çərçivəsində ilk fürsətdə prezidentlərin görüşünün təşkilinin mümkünlüyünü müzakirə etmək üçün XİN rəhbərləri ilə görüşməyi planlaşdırırlar. Yüksək səviyyədə belə bir dialoq nizamlanma istiqamətində irəliləyiş əldə etmək üçün zəruridir".
Regiona səfər çərçivəsində vasitəçilər, həmçininBeynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb və itkin düşmüş şəxslər haqqında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB