Ukraynanın paytaxtı Kiyevin Julyanı aeroportundan Belarusun paytaxtı Minskə uçan "Belavia" aviaşirkətinə məxsus təyyarə Ukraynanın təhlükəsizlik xidmətinin tələbi ilə geri qaytarılıb. SİA xəbər verir ki, bu barədə "İnterfax-Ukraina" agentliyi yazır. Məlumata görə, Ukrayna təhlükəsizlik qüvvələrinə aeroportun təhlükəsizlik xidmətindən informasiya daxil olub ki, "Belavia" aviaşirkətinə məxsus təyyarəyə geriyə qayıtmaq əmri verilsə də, bu əmrə tabe olmayıb. Bu informasiyanı Ukraynanın infrastruktur nazirliyi də təsdiqləyib. Lakin bunun nəyə görə baş verməsi barədə detalların Ukraynanın təhlükəsizlik xidmətindən öyrənilməsi tövsiyə edilib.
Bəlli olub ki, "Belavia" aviaşirkətinə məxsus təyyarənin Kiyevin Julyana aeroportuna qaytarılması üçün Ukrayna tərəfi pilotlara əmr verib. Əmrin yerinə yetirilməməsi təqdirində hərbi qırıcıların havaya qaldırılacağı da bildirilib. Təyyarənin Minsk aeroportuna çatmasına 50 km qalmış, pilotlar onu yenidən Ukrayna səmtinə döndərərək geri qayıtmağa məcbur olublar. Təyyarə eniş etdikdən sonra Ukraynanın hüquq-mühafizə orqanları laynerin bortundan Ermənistan vətəndaşı olan sərnişini yerə endiriblər. Təyyarə yenidən yanacaqla təmin olunduqdan sonra Belorusun paytaxtı Minskə tərəf istiqamət alıb.
Sonda erməni sərnişin buraxılıb və Minskə uçan təyyarələrin biri ilə Belarusa göndərilib. İnsidentə səbəb olan bu hadisədə erməninin nəyə görə həbs olunub-buraxılması barədə isə heç nə deyilməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB