"Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm" Aİ rəsmisi

"Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm" Aİ rəsmisi

Dağlıq Qarabağda aprel hadisələrinin təkrar olunmayacağına ümid edirəm. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber İrəvanda bildirib.

O deyib ki, təkcə Avropa İttifaqı deyil, beynəlxalq birlik də əmindir ki, atəşkəs rejiminə əməl edilməsi münaqişənin sülh yolu ilə həlli imkanlarını artıracaq.

Qeyd eək ki, Salber İrəvanda bir sıra görüşlər keçirib. Onun daha sonra Azərbaycana səfəri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə