"Leyla Yunusun Nardaran hadisələrinin ideoloqu Taleh Bağırzadəyə dəstək nümayiş etdirən məktub göndərməsi onun bu əməlinin sifarişli xarakter daşımasından xəbər verir". Bu barədə SİA-ya "Yurddaş" partiyasının sədri Mais Səfərli sözügedən məsələyə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, siyasət dinə qoşulanda radikal bir hərəkat yaranır: "Artıq biz bunu başqa ölkələrin təcrübəsindən görürük ki, radikal dini hərəkatlar hansı ağır fəlakətlər yaradır. Yəni o ölkələrdə ki, dindən siyasi məqsədlər üçün istifadə olunur, həmin ölkələrin aqibəti faciəvidir. Bu kimi ölkələrdə cərəyan edən qarışıqlıq bizim ölkəmizdə ola bilməz. Çünki bu cür hərəkətlərin baş verməsinə nə qanunlarımız, nə də cəmiyyətimiz yol verməz".
"Düşünürəm ki, dini hərəkatları dəstəkləyən siyasiləşmiş QHT-lər və bəzi siyasilər Azərbaycan dövlətinin maraqlarını nəzərə almayan qüvvələrdir"-deyə qeyd edən partiya sədrinin fikrincə, görünür, o qüvvələr Azərbaycanda stabilliyin pozulmasını istəyirlər, inkişaf etməsini deyil: "Pozuculuğa cəhdlərin qarşısı qanunla alınmalıdır. Azərbaycan hüquq-mühafizə orqanları bu cür radikal dini hərakatların meydana gəlməsinə və onların havadarlarının açıq- aşkar dəstəkləməsinə yol verməyəcək".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB