Suriya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

Suriya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

"Suriya Krımı Rusiyanın ərazisi kimi tanıyıb". SİA-nın məlumatına görə, bunu Suriya parlamentinin sədri Hadiya Abbas "Sputnik" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Krımı Rusiyanın ayrılmaz hissəsi kimi tanıyırlar: "Suriya-Rusiya münasibətləri strateji xarakter daşıyır və hökumətlər bütün sahələr üzrə bu əlaqələrin inkişaf etdirilməsinə çalışırlar".

O əlavə edib ki, Krım Sovetlər Birliyinin tərkibində olub, daha sonra ittifaq çöküb, baş verən məlum hadisələrdən sonra referendum yolu ilə bu ərazi öz kökünə qayıdıb: "Referendumla onlar öz ölkələrini birləşdirmək qərarını qəbul etdilər. Və bu baş verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə