ATƏT XİN rəhbərlərinin iclasının tarixi açıqlanıb

ATƏT XİN rəhbərlərinin iclasının tarixi açıqlanıb

ATƏT Xarici İşlər Nazirləri Şurasının(XİNŞ) 23-cü iclası 8-9 dekabr tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək. SİA ATƏT-in saytına istinadən xəbər verir ki, iclas qurumun fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayerin sədrliyi ilə keçiriləcək. ATƏT-ə üzv 57 ölkənin XİN rəhbəri beynəlxalq aləmin aktual məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, növbəti ildən quruma sədrlik Almaniyadan Avstriyaya keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə