Separatçıların lideri ÖLDÜRÜLDÜ

Separatçıların lideri ÖLDÜRÜLDÜ

Ötən gün gecə saatlarında Donetskin Çelyuckinsev küçəsində yerləşən binanın liftində qondarma Donetsk Xalq Respublikasının ("DXR") liderlərindən biri olmuş Motorolla ləqəbli Arsen Pavlov həlak olub. SİA "intefax.ru"ya istinadən xəbər verir ki, ilkin ehtimallara görə, o, liftdə olarkən, kustar üsulla hazırlanmış partlayıcı işə düşüb. Motorolla isə partlayışın episentrində olduğuna görə, yerindəcə ölüb.

"DXR"in müdafiə nazirliyindən faktı təsdiqləyiblər və iddia olunur ki, partlayışı Ukraynanın təxribat-kəşfiyyat qrupu törədib. Eyni zamanda qondarma respublikanın rəhbəri Aleksandr Zaxarçenko açıq şəkildə Ukrayna tərəfini ittiham edib. O qeyd edib ki, Motorollanın öldürülməsi sadə çağırış deyil, bütün "respublikaya" olan təhdiddir.

Xatırladaq ki, ötən ilin mayında "DXR"in digər ldierlərindən biri olmuş – səhra komandiri Aleksey Mozqovoy Perevalsk-Luqansk trassında avtomobili ilə birgə partladılmışdı.

Hər iki faktda hadisələri törədənlər tapılmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə