Elman Məmmədov: “Putinin köməkçisi özbaşına söz söyləməz”

Elman Məmmədov: “Putinin köməkçisi özbaşına söz söyləməz”

"Rusiya prezidenti Vladimir Putinin köməkçisinin "rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid bəsləmir" fikirlərini söyləməsi ilə birdaha sübut etdi ki, Dağlıq Qarabağ məsələsinin həllinin açarı elə Moskvanın cibindədir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemini Moskva özü hələ 1923-cü ildə yaradıb: "Rusiya Azərbaycan ərazisində qeyri-qanuni heç bir əsası, ehtiyac olmayan ermənilər üçün bir vilayət yaradanda o zamandan bu "bomba"nı Azərbaycan üçün hazırlanmışdı. Yəni bunun da nəticəsi 1988-ci ildə başlayan Dağlıq Qarabağ məsələsində özünü göstərdi və bu gün də davam edir. Hazırda torpaqlarımız işğal altındadır , ərazimizdə separatçı, terrorçu, cinayətkar qurum yaradılıb. Təbii ki, rəsmi Moskvada bunan sitifadə edib Azərbaycanla öz xeyrinə "alver" etmək fikrinə düşüb. Hesab edirəm ki, Rusiya prezidentinin köməkçisi bu sözü özbaşına deməz. Ona bu sözləri dedizdirən qüvvə var. Təbii ki, burada da müəyyən məqsədlər var. Bizim gözlədiyimiz odur ki, Moskvanın, başqa güclərin də köməkliyi ilə danışıqlarda bir nəticə əldə edək".

Bütün xəbərlər Facebook səhifəmizdə