"Ümumiyyətlə Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında və hətta bir ara düşmənçilik səviyyəsinə qalxan münasibətlərin qardaş səviyyəsinə düşməsində Azərbaycanın və ölkə rəhbərinin böyük rolu var". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, vasitəçi olaraq həm Türkiyəyə, həm də Rusiyaya yaxın münasibətimizin bir göstəricisi idi ki, xüsusi bir ismarıcla Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçirilən Dünya Enerji Konqresinə dəvət olundu: "Məncə bu, həm də dünyaya bir həmrəylik ismarıcı idi. Bu gün bütün dünya Dünya Enerji Konqresində üç dövlət başçısının - Türkiyənin, Rusiyanın və Azərbaycanın görüşündən danışır. Bu gün həqiqətən də dünyanın faktiki bölüşdürülməsinin getdiyi bir məqamda, dünya fövqəl güclərinin bir çox hallarda cənab Prezidentin qeyd etdiyi kimi ikili standartlarla çıxış etdiyi bir məqamda, Dağlıq Qarabağ kimi böyük bir problemin var olduğu bir məqamda məncə bu üçlüyün bir yerdə olması gözəl bir mənzərə idi. Hətta Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistə cavabında da "biz hər zaman qardaşıq, bir yerdəyik" fikri də olduqca təqdirəlayiq idi. Hesab edirəm ki, Rusiya da Azərbaycana çox yaxındır. Ümid edirik ki, türk qardaşlarımızla birgə rus həmfikirlərimiz də Dağlıq Qarabağın azad olunmasında bizə həmin jestləri edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB