"Həmsədrlər Dağlıq Qarabağa gedəcəklər"

"Həmsədrlər Dağlıq Qarabağa gedəcəklər"

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərləri çərçivəsində işğal olunmuş Dağlıq Qarabağa da getməyi planlaşdırırlar".

SİA-nın məlumatına görə, bunu "news.am" saytına açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, bölgəyə bu ayın sonunda səfər etməyi planlaşdırırlar. Vasitəçilər səfər çərçivəsində hər iki iki ölkənin rəhbərləri ilə görüşəcəklər: "Bu, Vyana və Sankt-Peterburqa yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün bir imkandır. Ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcəklər. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə