Nazarbayevin Bakıya səfəri təxirə salınıb

Nazarbayevin Bakıya səfəri təxirə salınıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri qeyri-müəyyən vaxta təxirə salınıb. Bu barədə SİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərin təxirə salınmasına səbəb Nazarbayevin səhhətində yaranmış problemdir. Prezident həkim nəzarətindədir və soyuqdəymədən müalicə alır.

Qeyd edək ki, sabah Nazarbayevin Bakıya, oktyabrın 13-də isə İrəvana rəsmi səfərləri planlaşdırılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə