Gürcüstanda səhər saatlarında seçki fəallığı 8,4 faiz olub

Gürcüstanda səhər saatlarında seçki fəallığı 8,4 faiz olub

Səhər saat 10:00-a olan məlumata görə, Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 8,4 faizi səs verib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze deyib.

A.Mikeladze bldirib ki, saat 10:00-a olan məlumata görə, seçici fəallığı 8,34 faiz, yaxud 292 min 957 nəfər təşkil edib.

Qeyd edək ki, bu gün Gürcüstanda 9-cu çağırış parlament seçkiləri keçirilir. Ölkədə 6 min 645 məntəqə yaradılıb, səsvermə hüququ olan vətəndaşların sayı isə 3,5 milyon nəfərdir. Bundan başqa, 40 ölkədə 55 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 19 partiya və 6 blok iştirak edir. Majoritar qaydada seçkilərə 835 namizəd qatılıb, bu da bir yer uğrunda 8 namizədin mübarizə aparması deməkdir.

Prosesi yerli və xarici müşahidəçilər, beynəlxalq qurumların missiyaları izləyir

Bütün xəbərlər Facebook səhifəmizdə