Ölənlərin sayı 238 nəfərə çatdı “METYU”+ VİDEO

Ölənlərin sayı 238 nəfərə çatdı “METYU”+ VİDEO

Haitinin cənub-qərbində "Metyu" qasırğası təbii fəlakəti nəticəsində ölənlərin sayı 283 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə "Associated Press" yazır. Fəlakətin nəticələrini araşdıran qrupun rəsmi nümayəndəsinin sözlərinə görə, aparılan dəqiq araşdırmalardan sonra ölənlərin sayı arta bilər. "İtkin düşənlərin cəsədləri suyun həcmi azaladan sonra üzə çıxmağa başlayıb"-deyə hakimiyyəti nümayəndəsi bildirib.

"Metyu"u fəlakətindən sonra BMT Karib hövzəsi ölkələrinə mütəxəssislər qrupu göndərib. Qurumun mütəxəssisləri insanlara yardım, dağılmış infrastrukturun bərpası və s. əməliyyatları reallaşdırmaqdan ötrü Haiti hakimiyyəti ilə sıx təmas qurub. Bu xəbəri isə BMT-nin informasiya mərkəzi verir.

BBC-nin məlumatına görə isə, "Metyu" hazırda Baham adaları rayonu ərazisindən ABŞ-ın Florida və Cənubi Karolina ştatlarına doğru irəliləməkdədir. Qeyd edilir ki, "Metyu" son onillik tarixdə Karib hövzəsində baş vermiş ən güclü qasırğadır.

Flrorida və Cənubi Karolina ştatlarının hakimiyyət strukturları artıq bəyan ediblər ki, hazırkı məqamda 2 milyon insanın təxliyyə olunması zərurəti yaranıb.

Floridadan olan mənbə isə bildirib ki, Florida ştatının şərq hissəsində yaşayan əhali qubernatorun bölgəni tərk etmək çağırışını və xəbərdarlıqlarını eçidərək, əraziləri tərk ediblər və üzü qərbə tərəf gediblər. Bildirilir ki, hökumət nümayəndələri orada fəaliyyət göstərən otellərdə müvəqqəti sığınacaqlar ayırıblar.

Xatırladaq ki, hazırda Florida və Cənubi Karolinada ABŞ prezidenti Barak Obama tərəfindən fövqəladə vəziyyət elan olunub.

Videoya bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=qveynkiK6_Q

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə