Azərbaycanda 26 sentyabrda keçirilmiş referendumla bağlı Pakistan mətbuatında (http://leadpakistan.com.pk/ep/201610/01/page4.php) geniş məqalə dərc olunub. SİA-ya ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə qeyd edilir ki, referendum Qərbi demokratik məkanda möhkəm milli konsensus əldə etmək üçün beynəlxalq qanuni vasitə sayılır. Referendum həmçinin, siyasi sistemdə müəyyən konstitusiya dəyişiklikləri etmək üçün geniş istifadə olunur və bəzi siyasi məsələlər üzrə sərbəst ümumxalq səsvermə əsasında xalqın öz gələcək prioritetlərini müəyyən edən vasitədir. Məqalədə vurğulanıb ki, bir müddət öncə Azərbaycan Respublikasında keçirilmiş ümumxalq səsverməsində təqdim edilmiş ölkə Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması daxil olmaqla, hökümətin təşəbbüsü əsasında təqdim olunmuş dəyişiklər səs çoxluğu ilə təsdiqləndi. Seçicilərin 88,9 %-dən çoxu Azərbaycan Konstitusiyasına dəyişikləri dəstəklədi. Referendumdakı seçici fəallığı Almaniya, Fransa və digər Avropa İttifaqı ölkələrini də qabaqlamaqla Azərbaycan xalqının siyasi yetkinliyinin yüksək səviyyəsini göstərdi. Prezident İlham Əliyev Konstitusiyaya dəyişiklərlə bağlı referendumun maksimum şəffaflıq əsasında keçirilməsinin Azərbaycan höküməti tərəfindən təmin olunduğunu bildirdi. Prezident Azərbaycan xalqının öz istəyini sərbəst şəkildə ifadə etdiyini vurğuladı. Bu, bir daha hazırkı siyasəti dəstəkləyən Azərbaycan xalqının istəyini və xalqın təhlükəsizlik, stabillik, inkişaf, ləyaqət və müstəqillik üçün səs verdiyini, həmçinin xalqın hökümətin sosial-iqtisadi siyasətinə böyük etimadının göstəricisidir. Bu eyni zamanda Azərbaycan hökümətinə güc və böyük inam verir. Referendumun nəticəsi olaraq Azərbaycanın milli maraqlarını, müstəqilliyini qoruyacaq.
Məqalədə o da vurğulanıb ki, Azərbaycanda keçirilmiş referendum xalqımız, həmçinin beynəlxalq təşkilatlatlar, müstəqil forumlar, xarici müşahidəçilər və nüfuzlu beynəlxalq seçki monitorinqi agentlikləri tərəfindən artıq dəstəklənib. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri ölkədə etibarlı və beynəlxalq standartlar səviyyəsində Konstitusiya referendumunun keçirildiyini bildirib. Referendum bütün hallarda azad, ədalətli və şəffaf keçirilib. MSK-nın məlumatına əsasən, exit- poll-un nəticələrinə görə (27 sentyabr 2016), 3,671,707 nəfər seçicinin, yəni seçicilərin 69,7 faizi referendumda öz səsini verib. Referendum o qədər şəffaf olub ki, MSK-ya ciddi şikayət edən olmayıb. Yekun nəticələr 2016-cı ilin oktyabr ayının 21-də elan olunacaqdır.
Müəllif yazır ki, Avropa Parlamentinin vitse-prezidenti Richard Czarneski millətin istəyini ifadə edən referendumun nəticələrinə hörmətlə yanaşdığını bəyan edib. O, referendumun nəticələrindən məmnunluğunu bildirib. Azərbaycandakı səsvermənin yüksək beynəlxalq standartlara uyğun aparıldığını və xalqının iradəsini mütləq ifadə etdiyini deyərək, səsverməni azad, açıq və şəffaf adlandırıb.
Avropa Şurasının Parlament Assambleyası (AŞPA), demokratiya və insan hüquqları üzrə mütəxəssisləri də səsvermə prosesini şəffaf, yaxşı təşkil olunduğunu, səmərəli və dinc şəraitdə keçdiyini bildiriblər. Yazıda qeyd edilib ki, Azərbaycanın Konstitusiyasına dəyişikliklər üzrə referendum uzunmüddətli strateji yol xəritəsini təqdim edib: "Bu, böyük sosial-iqtisadi inkişafın yol xəritəsidir. Bu, böyük regional əməkdaşlığın və daha qlobal tərafdaşlığın yol xəritəsidir. Həmçinin, doğma mədəniyyəti, sosial və diplomatik məqsədləri daha da qoruyacaqdır. Referendum hökümətin ölkədə korrupsiya qarşı mübarizə və şəffaflığın təmin olunması istiqamətində idarəetmə sistemini, Azərbaycanın milli siyasətində dayanıqlıq və stabilliyi daha da gücləndirəcək, ölkədə sabitliyi və təhlükəsizliyi artıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB