Mübariz Əhmədoğlu: “Roma Papasının səfəri müsbət dəyərləndirilməlidir” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Roma Papasının səfəri müsbət dəyərləndirilməlidir” AÇIQLAMA

"Hesab edirəm ki, son onillikdə Roma Papası Fransiskinin Azərbaycana səfəri ən vacibi idi. Bu səfər zamanı heç bir müqavilə imzalanmadı və imzalanmamalı idi. Amma bütünlükdə bu mühüm xarici səfərin böyük strateji əhəmiyyəti vardı". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, hal-hazırda dünyada sivilizasiyalar (Avropa, Qərb və Şərq) arasında toqquşma gedir: "İşdə belə gətirib ki, Azərbaycan hazırda bu sivilizasiyalar mübarizənin ortasındadır. Azərbaycan hesab edir ki, onun gücü çatacaq ki, bu sivilizasiyaları barışdırsın. Azərbaycan dünyada yeganə ölkədir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Yəni, ölkə Prezidenti dəfələrlə vurğulayıb. Bu mənada Roma Papasının səfəri vacibdir. Çünki dünyanın böyük əksəriyyəti yəni dünyanın taleyini həll edənlər xristianlardır. Bu gün dünyada aləm bir-birinə qarışıb. Bir sözlə gərgin vəziyyət hökm sürür. Bu baxımdan Roma Papasının Azərbaycanda görünməsi və ölkəmizlə münasibətlərə yüksək önəm verməsi müsbət dəyərləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə