YUNESKO-nun rəsmisi: "Biz istəyirik ki, savadsızlığın qarşısını alaq"

YUNESKO-nun rəsmisi: "Biz istəyirik ki, savadsızlığın qarşısını alaq"

"YUNESKO-nun nizamnaməsinə görə bir-birinin həyatlarının inkar edilməsi sonda münaqişələrə gətirib çıxarır". SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı YUNESKO-nun İcra Şurasının sədri Maykl Vorbs deyib.

Onun sözlərinə görə, bu eyni zamanda zorakılıq, ekstremizm və terror hallarına gətirib çıxarır: "Biz çox müxtəliflik ünsürlərini idarə etməliyik. Bu fərqlər məktəblərdə, festivallarda, KİV-də öyrənilir. Müxtəlif mədəniyyətlərdə bu özünü göstərə bilər. Multikulturalizmin məhdudlaşdırılması böyük problemlərə yol aça bilər. Multikulturalizm YUNESKO-nun əsas maraq dairələrindən biridir. Bununla mədəniyyət savadlılığı təmin olunub. YUNESKO pisliyin dağıdıcı güclərinə qarşı çıxış edib. Belə tədbirlərin əhəmiyyəti çox böyükdür. Multikulturalizmin təbliğatı xüsusi önəmə malik olmalıdır. Biz istəyirik ki, savadsızlığın qarşısını alaq. YUNESKO-nun əsas istəyi bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə