Müxtəlif dinlərin birgə yaşayışı aktual məsələyə çevrilib. Mədəniyyətlərarası dialoq üçün bütün dinlərə bərabər, ədalətli şərait yaradılmalıdır. SİA-nın məlumatına görə, bunu 5-ci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən müzakirələrdəki çıxışında Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbədinin sədri əlahəzrət İlarion deyib.
O bildirib ki, terrorçular bütün ənənəvi dinlərə qarşı çıxır, çirkin əməllərində dindən istifadə edir. Yaxın Şərqdəki hadisələrə diqqət çəkən İlarion əlavə edib ki, minlərlə insanın qətlə yetirilməsi ən ağlr cinayətdir: "Bu istiqamətdə dini maarifçilik mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, dinlə bağlı daha dərin bilgilərin alınmasına ehtiyac var. Vaxtında gəncləri mənfi hərəkətlərdən qorumağa çalışmalıyıq. Dini dərindən başa düşməliyik. Bu forum müxtəlif dinlər arasında əməkdaşlığa xidmət edəcək".
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov Bakı forumunun nüfuzunun ildən ilə artdığını deyib, Azərbaycanda multikulturalizmə verilən dəyərdən söz açıb: "Şərqdə tolerantlıq, birgəyaşayış qədimdən mövcud olub. Tacikistanda da bu dəyərlərə hər zaman üstünlük verilib. Tolerantlıq ruhu bizim siyasətimizin tərkib hissəsidir".
Hindistanın məşhur dini lideri və mütəffəkiri Şri Ravi Şankar həzrətlərinin davamçılarından biri Svami Cyotirmaya müasir dünyada təhsilin əhəmiyyətini qeyd edib. Bildirib ki, təhsil yeganə üsuldur ki, onun vasitəsilə planetdə sülhü bərqərar etmək olar: "Hər bir uşağın bütün dinlər barədə məlumatı olmalı və hər bir dinə hörmətlə yanaşmalıdır. Sülhün səsi aydın gəlməli, dünyada zorakılığa yer qalmamalıdır"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB