Almaniya Bundestaqının üzvləri Bakıya gələcək

Almaniya Bundestaqının üzvləri Bakıya gələcək

Almaniya Bundestaqının nümayəndə heyəti 4-5 oktyabr tarixlərində Bakıda səfərdə olacaqlar. SİA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, onlar beynəlxalq parlament təqaüdü proqramı (İPS) üçün 2017-cü il üzrə namizədləri seçəcəklər. Nümayəndə heyətinə Bundestaqın deputatı Aleksandr Ulrix rəhbərlik edəcək.

İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2017-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində bu ölkənin parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər, həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər. Bu proqram Bundestaqın prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Bundestaqı tərəfindən ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə