Nikoloski: "Azərbaycanla Venesiya komissiyasının əməkdaşlığına ümid edirik"
Konstitusiyaya əlavə və dəyişikliklərin tərəfdarlarının və əleyhdarlarının kampaniya keçirmək imkanı olub. SİA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski ilkin rəyi açıqlayarkən deyib.
Onun sözlərinə görə, iki ay ərzində seçkilərin əlavə qiymətləndirilməsi olacaq. O, həmçinin konstitusiya edilən əlavə və dəyişikliklərlə bağlı Azərbaycan hökumətinin Venesiya komissiyasına müraciət etməməsindən təəssüfünü bildirib: "Nümayəndə heyəti AŞPA Bürosunun Venesiya komissiyasına rəy verməsi üçün müraciətini alqışlayır. Biz Azərbaycan hökumətini konstitusiyaya hər hansı dəyişiklikərlə bağlı Venesiya komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq. Ümid edirik ki, Azərbaycan hökuməti bütün aspektlərdən Venesiya komisiyasının rəyinə hörmətlə yanaşacaq".
O, bəzi fəalların azadlığa buraxılmasını da alqışlayıb: "Məhkəmə prosesinin müstəqilliyinə müdaxilə etmək bizim mandatın bir hissəsi deyil, lakin biz Azərbaycan hökumətinin bəzi aktivistlərin azadılığa buraxılması ilə bağlı qərarını alqışlayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB