Referendum baş tutub İTAR-TASS

Azərbaycan Konstitusiyasına ediləcək dəyişiklərlə bağlı keçirilən referendum baş tutub. SİA xəbər verir ki, bu barədə İTAR-TASS agentliyi Mərkəzi Seçki Komissiyasının məlumatına əsaslanaraq yazır. Bu gün saat 12:00-a qədər olan nəticələri (30,6%, yaxud 1,6 milyon seçici) qeyd edən Rusiya saytı xatırladır ki, qanunvericiliyə görə, referendum səsverməsində 25% seçici iştirak edibsə, baş tutmuş sayılır.

Xəbər agentliyi yazır ki, seçki məntəqələri bağlandıqdan sonra, exit-poll keçirən dörd təşkilat öz nəticələrini açıqlayacaq. Həmçinin, MSK rəsmisi Rövzət Qasımovun fikirlərinə istinad edən saytda qeyd olunur ki, MSK-nın qaynar xəttinə heç bir qanun pozuntusu barədə məlumatlar daxil olmayıb.

Xəbərin sonunda ilkin nəticələrin MSK tərəfindən gecə yarısından sonra açıqlanacağı vurğulanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə