TürkPA müşahidəçisi Haluk İpək: "Seçkilərin gedişindən çox razıyam"

TürkPA müşahidəçisi Haluk İpək: "Seçkilərin gedişindən çox razıyam"

Azərbaycanda keçirilən referendumda beynəlxalq müşahidəçilərin iştirak etdiyi barədə xəbər vermişik. Onlar mütəmadi olaraq səsvermənin gedişatı barədə mətbuata açıqlama verirlər. SİA-nın məlumatına görə, TürkPA beynəlxalq müşahidəçilər missiyasından Qazaxıstan parlamentinin deputatı Nurlan Dulatbekov, Qırğızıstan parlamentinin deputatı Aliiarbek Abzaliyev, Türkiyə parlamentinin deputatları Haluk İpək və Erkan Aydın qeyd ediblər ki, heç bir qanun pozuntusu, səsvermə prosesinə müdaxilə halları ilə rastlaşmayıblar, seçkilər tam demokratik və şəffaf keçir. Seçkilərin gedişini izləyən xarici müşahidəçilər də qeyd ediblər ki, səhər tezdən, məntəqələrin qapılarını seçicilərin üzünə açdığı andan müşahidələrə başlayıblar. Seçkilərin təşkili, sənədlərin tərtibi, seçicilərin fəallığı ilə maraqlanırdılar. Heç bir narahatlıq, nigaranlıq olmadığını söyləyirdilər.

Haluk İpək: "Seçkilərin gedişindən çox razıyam. Son dərəcə şəffaf və demokratik keçir"

Nurlan Dulatbekov: "Mənim müşahidələrimə görə, hələ ki, seçki normal gedir. Məntəqələrdə seçkinin obyektiv keçirilməsi üçün hər cür şərait var"

Aliiarbek Abzaliyev: "Heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb, vətəndaşlar sərbəst şəkildə referenduma çıxarılan məsələlərə münasibət bildirirlər"

Erkan Aydın: "Referenduma hazırlıq yüksək səviyyədə təşkil olunub. Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün heç bir problem yoxdur"

Bütün xəbərlər Facebook səhifəmizdə