Ümumxalq səsverməsinin (referendumun) saat 10:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O bildirib ki, ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 9671-i artıq səs verib: "Bu isə qeyd olunan dairədə 19.59 faiz seçici fəallığı deməkdir".
Əlavə edib ki, ən passiv seçki dairəsi isə 19 Saylı Nərimanov Birinci Seçki Dairəsidir: "Burada 45690 seçicidən yalnız 3158-i səs verib. Beləliklə, bu dairədə 6.91 faiz seçici fəallığı qeydə alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB