Qutular möhürləndi, referendum başlandı SƏS TV

Qutular möhürləndi, referendum başlandı SƏS TV

Bu gün Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb. SİA-nın məlumatına görə, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsi səhər saat 8:00-da açılıb. Məntəqə sədri Eldəniz Əhmədov müşahidəçilərin iştirakı ilə daşınmaz və daşınan seçki qutularını möhürləyib, bülletenləri sayıb. Onun sözlərinə görə, məntəqə üzrə 1026 seçici qeydiyyata alınıb. Daşınan qutu ilə bağlı isə hələlik 8 müraciət var, lakin gün ərzində müraciətlərin sayı arta bilər.

Qeyd edək ki, səsvermə saat 19.00-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə