Saat 8.00-da səsverməyə start verilib
Referenduma start verildi

Bu gün Azərbaycan Respublikasında ümumxalq səsverməsinə (Referendum) start verilib. SİA-nın məlumatına görə, səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

M. Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib. O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib.

M. Pənahov 1000-dək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib. MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib. Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki,referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня